...

Hökümət nümayəndəsi: 2006-cı ildə Azərbaycan iqtisadiyyatında böyük inkişaf templəri qeydə alınıb

Siyasət Materials 27 Dekabr 2006 18:42 (UTC +04:00)
Hökümət nümayəndəsi: 2006-cı ildə Azərbaycan iqtisadiyyatında böyük inkişaf templəri  qeydə alınıb

2006-cı ildə Azərbaycan iqtisadi həyatında böyük inkişaf templəri qeydə alınıb. Ölkənin Nazirlər Kabinetinin Qiymət, iqtisadi, kredit-maliyyə siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyevin Trend ə verdiyi xəbərə görə, ilk dəfə olaran, iqtisadiyyatın qeyri-neft sektorunda artım iki rəqəmli ədədlə ifadə olunub və 11% təşkil edib.

"MDB ölkələrində bütövlükdə iqtisadiyyat üzrə belə artım yoxdur. Belə artım demək olar ki, bütün sahələr - kimya sənayesi, metallurgiya hesabına təmin olunub və xüsusilə ciddi tərəqqi xidmət sahəsində qeydə alınıb", - deyə O.Haqverdiyev qeyd edib.

Onun sözlərinə görə, bu, neft ixracından daxilolmaların artması şəraitində "holland sindromu"ndan qaçmaq üçün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üzrə hökümətin məqsədlərinin özünü doğrultduğundan xəbər verir.

Bu zaman neft sektorunun artımı 40% təşkil edib. "2007-ci ilin proqnozlarında qeyri-neft sektorunda artım templəri 9% səviyyəsində, neft sektorunda isə - 35% səviyyəsində olub", - deyə O.Haqverdiyev bildirib.

Bu tendensiya ilə yanaşı həmçinin əhalinin gəlirinin artması da müşahidə olunur və dövlət əmək haqqının, təqaüd və müavinətlərin artırılması üzrə tədbirlər görür.

"Ölkənin ixrac imkanlarının genişlənməsi ilə milli valyutanın məzənnəsinə təzyiq artır, lakin Azərbaycan Milli Bankı manatın məzənnəsinin çox artmasına imkan verməməyə çalışır", - deyə o bildirib.

Doğrudur, manatın möhkəmlənməsi inflyasiyanın nizamlanma üsullarından biridir. O.Haqverdiyev əmindir ki, 2006-cı ildə istehlak qiymətlərinin artım templəri bir rəqəmli ədəddən kənara çıxmayacaq və 8,5-8,7% səviyyəsində olacaq, 2007-ci ildə inflyasiyanın 9% səviyyəsində olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti