...

Naxçıvan MR-də yeni körpü istifadəyə verilib

Siyasət Materials 28 Dekabr 2006 12:52 (UTC +04:00)

Naxçıvan MR-də yeni körpü istifadəyə verilib. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Şərur rayonunda Arpaçay çayı üzərində Dizə və Oğlanqala kəndlərini birləşdirən körpünün yararsız vəziyyəti ilə əlaqədar cari ildə burada bərpa və yenidənqurma işləri aparılıb. Bərpası yenicə başa çatan, uzunluğu 90 m, eni 8 m olan körpünün təbii hadisələrə davamlığı üçün metal konstruksiyalardan istifadə edilib. Bundan əlavə 1,2 km ərazidə asfalt-beton örtük salınıb.

Məlumat üçün deyək ki, adıçəkilən körpü ilk dəfə olaraq 1856-cı ildə tikilib. Hazırda mövcud körpünün istifadəyə verilməsi Dizə və Oğlanqala kəndlərindən əlavə bir sıra kəndlərin əhalisinin gediş-gəlişini asanlaşdıracaq.

Xəbər lenti

Xəbər lenti