...

ABŞ Konqresi "erməni soyqırımı" haqqında qətnamə qəbul edə bilərmi?

Siyasət Materials 28 Dekabr 2006 15:44 (UTC +04:00)
ABŞ Konqresi "erməni soyqırımı" haqqında qətnamə qəbul edə bilərmi?

Azərbaycan və Türkiyə öz dövlətlərinin iqtisadi, mədəni, maarifçilik, o cümlədən hərbi gücünü göstərməlidir. Bu barədə AŞPA-da Azərbaycanın nümayəndə heyətinin başçısı Səməd Seyidov The Associated Press agentliyinin ABŞ Konqresinin 1915-ci ildə Osmanlı imperiyası tərəfindən törədilmiş "erməni soyqırımı" haqqında qətnaməni 2007-ci ilin birinci dekadasında qəbul etmək ehtimalının olduğu qeyd olunan məlumatını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

S.Seyidov əmindir ki, ermənilərin mövqeyinin qeyri-obyektivliyini bütün dünyaya göstərmək üçün ən düzgün üsul - dünyanın Azərbaycan və Türkiyənin bütün münasibətlərdə nə dərəcədə inkişaf etdiyini və onların nə dərəcədə müsbət məqamlara səbəb olacağını görməsi üçün hər cür vasitəyə əl atmaqdır. O, həmçinin bütün konqresmenlər səviyyəsində təbliğatın, Amerika-Azərbaycan və Amerika-Türkiyə münasibətlərinin inkişafının zəruriliyini vurğulayıb.

O bildirib ki, erməni dairələri müxtəlif ölkələrin bir çox yüksək vəzifəli şəxslərini lobbiləşdirərək, istədiklərinə nail olurlar. "Mən ümid edirəm ki, ABŞ Konqresi ilə bağlı vəziyyətdə sağlam düşüncə üstünlük təşkil edəcək və "erməni soyqırımı" qətnaməsinin qəbul olunmasına imkan verilməyəcək. Heç olmazsa, Azərbaycanın hazırda apardığı siyasət getdikcə daha çox göstərir ki, erməni tərəfinin bütün bu iftiralarının heç bir əsası yoxdur. Lakin nəzərə almaq lazımdır ki, ABŞ-da erməni lobbisinin gücü çox böyükdür", - deyə Azərbaycan parlamentarisi hesab edir.

KİV-də "erməni soyqırımı" haqqında ayrı-ayrı məqalələrə gəlincə, S.Seyidov bunu erməni təbliğatının bir hissəsi kimi qiymətləndirib. "Əgər erməni lobbisi ABŞ Konqresində bu qətnamənin qəbul olunmasına nail olsa, bu, o demək deyil ki, bununla razılaşmaq lazımdır. Azərbaycan üzrə 907-ci düzəliş qəbul olunanda, biz bütün dünyaya kimin təcavüzkar olduğunu sübut etməyə davam edirdik. Bu, ağır olsa da, biz bütün dünyaya bu təbliğatın həqiqətə uyğun olmadığını sübut etməyə davam etməliyik", - deyə o qeyd edib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Trend ə verdiyi müsahibədə bu məsələ ilə bağlı bəyan edib ki, ABŞ-da erməni lobbisi ilə mübarizə aparmaq üçün Azərbaycan həm hökümət, həm də vətəndaş cəmiyyəti səviyyəsində qüvvələrini səfərbər etməlidir.

A.Mollazadə qeyd edib ki, bu gün yeni ABŞ Konqresinin "erməni soyqırımı" haqqında qətnaməni qəbul edəcəyinə dair çox böyük ehtimal var. Bu onunla əlaqədardır ki, seçkilərdən sonra erməni lobbisinin maraqlarını təmsil edən Konqres üzvlərinin sayı artıb. "Türkiyə bu günə qədər əhəmiyyətli mənada öz maraqlarını müdafiə edə bilməyib. Ona görə də ehtimal olunur ki, 2007-ci ilin yazında bu prosedurlar işləməyə başlayacaq", - deyə deputat əminliklə bildirib.

O hesab edir ki, vəziyyətlə bağlı ciddi addımlar atmağa və ABŞ Konqresində işləməyə başlamaq lazımdır. Ciddi şəkildə Azərbaycan və Türkiyənin dostlarının sayını genişləndirmək, ABŞ ictimaiyyətini Ermənistanın Azərbaycan ərazisində törətdiyi soyqırım haqqında məlumatlandırmaq lazımdır.

"Şübhəsiz, bu, asan olmayacaq, lakin bu halda ən azı Azərbaycanın maraqlarını müdafiə etməyə çalışmaq lazımdır. Biz Ermənistanın Azərbaycan ərazisində törətdiyi soyqırım və cinayətlər haqqında məlumat verməliyik. Əgər Konqres Türkiyə ərazisində qondarma "erməni soyqırımı" haqqında sənədi qəbul etmək niyyətindədirsə, o zaman ermənilərin Azərbaycanda törətdikləri soyqırıma aid bəndləri ora daxil etmək lazımdır", - deyə A.Mollazadə vurğulayıb və bildirib ki, hazırda vəziyyət mürəkkəbdir.

Xəbər lenti

Xəbər lenti