...

Dekabrın 29-da Milli Məclisin iclasında bir neçə qanun layihəsi müzakirə olunacaq

Siyasət Materials 28 Dekabr 2006 17:05 (UTC +04:00)

Dekabrın 29-da Milli Məclisin payız sessiyasının sonuncu iclası keçiriləcək.

Trend in məlumatına görə, iclasda bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə və dəyişikliklər olunması, "Əmanətlərin sığortalanması haqqında", "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihələri müzakirə olunacaq.

Bundan başqa iclasın gündəliyinə Rəqabət Məcəlləsinin müzakirəsi də daxil edilib.

Milli Məclis 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə müraciət qəbul edəcək.

Xatırladaq ki, parlamentin yaz sessiyası fevralın birində başlayacaq.

Xəbər lenti

Xəbər lenti