...

Səfir: Latviyada azərbaycanlı uşaqlar üçün məktəb açılacaq

Siyasət Materials 28 Dekabr 2006 18:56 (UTC +04:00)

Dekabrın 29-da Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni ilə həsr olunmuş azərbaycanlı diasporun uşaqları üçün bayram keçiriləcək. Bu barədə Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov Trend ə eksklüziv olaraq məlumat verib.

O həmçinin bildirib ki, səfirlik azərbaycanlı uşaqlarla işləmək təşəbbüsünü davam etdirmək niyyətindədir. Planlara Latviyada azərbaycanlının rəhbərlik etdiyi bir nüfuzlu gimnaziyanın nəzdində bazar məktəbinin açılışı daxildir. Burada azərbaycanlı uşaqlar xüsusi təhsil ala biləcəklər.

Səfir vurğulayıb ki, belə məktəbin yaradılmasında məqsəd - Latviyada yaşayan azərbaycanlı uşaqlarda həmrəyliyin tərbiyə edilməsidir. Onun sözlərinə görə, Latviyada yaşayan azərbaycanlıların çoxunun uşaqları heç doğma dillərini də bilmirlər, çünki rus və latış dillərində təhsil alırlar. Bazar məktəbində onlar Azərbaycan dili və tarixini öyrənəcəklər. Qızlar üçün milli məktəbin öyrənilməsi üçün xüsusi kurslar təşkil olunacaq.

Qeyd edək ki, Latviyada - 1750, Litvada -2500, Estoniyada - 1300 azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti