...

T. Moralı: "Erməni mənşəli Türkiyə vətəndaşlarının Azərbaycana buraxılmaması məsələsi yoluna qoyulub"

Siyasət Materials 28 Dekabr 2006 20:57 (UTC +04:00)

Türkiyə XİN erməni mənşəli Türkiyə vətəndaşı Burak Bedikyanın Azərbaycana buraxılmaması məsələsinə aydınlıq gətirib. Trend in verdiyi xəbərə görə, bu barədə Azərbaycanda öz diplomatik missiyasını başa çatdıran Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı dekabrın 28-də jurnalistlərə xəbər verib.

Onun sözlərinə görə, bu məsələdə xüsusi heç nə yoxdur və onu şişirtməyə, həmçinin Türkiyənin Azərbaycandakı idarəsinə nota kimi təqdim etməyə dəyməz. T. Moralının qeyd etdiyinə görə, Burak Bedikyan tərəfindən Azərbaycanın viza verməməsi ilə bağlı şikayət olunub və məlum məsələ ilə bağlı iki ölkənin xarici siyasət idarələri arasında yazışma aparılıb.

Azərbaycan Milli Teleradio Şurasının iki türk kanalının yayımının dayandırılması ilə bağlı qərarına toxunaraq, səfir qeyd edib ki, "bu barədə danışmaq hələ tezdir". Bununla belə o qeyd edib ki, Azərbaycan müstəqil ölkədir, amma Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir və bu məsələ dövlət səviyyəsində yox, teleşirkətlərin öz səviyyəsində həll olunmalıdır. Qars-Axalkalaki-Bakı dəmiryolu tikintisi layihəsinin maliyyələşdirilməsinə qoyulan qadağanı ABŞ prezidentinin təsdiq etməsi ilə bağlı öz fikirlərini ifadə edərək, T. Moralı vurğulayıb ki, layihəyə cəlb olunmuş üç ölkə layihənin gerçəkləşməsi üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyac duymur.

Xəbər lenti

Xəbər lenti