...

Azərbaycan prezidenti BMT Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı üçüncü dövri hesabatın hazırlanması haqqında sərəncam imzalayıb

Siyasət Materials 29 Dekabr 2006 13:08 (UTC +04:00)

Azərbaycan prezidenti BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyasının öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı üçüncü dövri hesabatın hazırlanması və təqdim olunması haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Dövlət başçısının sərəncamına əsasən, hesabatda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə işçi qrupu yaradılıb. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov işçi qrupunun rəhbəri seçilib. Qrupun tərkibinə müdafiə sənayesi, xarici işlər, rabitə və informasiya texnologiyaları, təhsil, iqtisadi inkişaf, səhiyyə, maliyyə, kənd təsərrüfatı və b. nazirliklərin nazir müavinləri daxil olub.

İşçi qrupu hesabat hazırlamalı və onu BMT-nin İşgəncələrə qarşı Komitəsinə təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti