...

Naxçıvan MR-də təşkil olunan əmək yarmarkaları 494 nəfərin işlə təmin olunmasına imkan yaradıb

Siyasət Materials 29 Dekabr 2006 15:09 (UTC +04:00)

Naxçıvan MR-də təşkil olunan əmək yarmarkaları 494 nəfər işlə təmin olunmasına imkan verib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, cari ildə təşkil olunan yarmarkalarda regionda fəaliyyət göstərən 379 müəssisə və təşkilatdan 4200 boş iş yeri çıxarılıb.

Bütövlükdə, əmək yarmarkalarında 8445 nəfər iştirak edib. Boş iş yerləri olan təşkilatlardan 3889-u dövlət, 337-i isə qeyri-dövlət təşkilatları olub.

Məlumat üçün deyək ki, Naxçıvan MR-də əmək yarmarkaları rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən hər rüb üzrə təşkil edilir. Vətəndaşların daimi işlə təmin olunmasından əlavə onların kvota yerinə işə düzəlmələri, peşə kurslarına göndərilməsi də təmin edilir.

Xəbər lenti

Xəbər lenti