...

Azərbaycan prezidenti tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncamına əlavə edib

Siyasət Materials 29 Dekabr 2006 19:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da "2006/2007-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqinda" Azərbaycan Respublikasi prezidentinin 2006-ci il 12 sentyabr tarixli, 1661 nömrəli sərəncamına əlavələr edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncama əsasən, prezidentin 2006-cı il 12 sentyabr tarixli, 1661 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 763) 1-ci bəndinin sonuna "Hüseynov Məhəmməd Sabir oğlu" və "Şəkərəlisoy Elgün Hüseyn oğlu" sözləri əlavə edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti