...

Azərbaycan prezidenti fəxri adların və fərdi təqaüdlərin verilməsi haqqında sərəncamlar imzalayıb

Siyasət Materials 29 Dekabr 2006 20:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev rəssamlara Azərbaycan respublikası fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə Trend xəbər verir.

Sərəncamda Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə 7 nəfərə "Xalq rəssamı", 25 nəfərə "Əməkdar rəssam", 4 nəfrə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarının verilməsini nəzərdə tutur.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da sərəncam imzalayıb. Sərəncam Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan Nərimanov Bəhram Əhməd oğlu və Şamilov Çingiz Qasım oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilməsini nəzərdə tutur.

Prezident növbəti sərəncamı ilə Kamran Sultan oğlu İmanovu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edib.

Xəbər lenti

Xəbər lenti