...

Gəncədə benzin qıtlığı yaranıb

Siyasət Materials 30 Dekabr 2006 13:36 (UTC +04:00)

Artıq 2 gündür ki, Gəncədə benzinlə bağlı qıtlıq yaranıb. Trend in Qərb bürosunun verdiyi məlumata görə, yanacaq qıtlığı ilə bağlı sürücülərə 10 litrdən artıq benzin verilmirdirsə, artıq bu gün şəhərin əksər yanacaqdoldurma məntəqələrində benzin tamamilə qurtarıb.

"Azəri" yanacaqdoldurma məntəqəsinin rəhbərinin Vahid Quliyevin Trend ə verdiyi məlumata görə, qıtlığın yaranmasına səbəb "Paytaxtda havaların şaxtalı keçməsidir. Yollar buz bağladığına görə, yanacağın gətirilməsində problemlər yaranıb. Bəzi şayiələrə görə, yanacağın qıtlığının yaranması onun qiymətinin artması ilə əlaqədardır. Lakin mən bu şayələri əsassız hesab edirəm. Belə hesab edirəm ki, bir neçə gündən sonra şəhərdə yanacaqla bağlı problem olmayacaq", - deyə V.Quliyev bildirdi.

Xəbər lenti

Xəbər lenti