...

Prezident aparatının sektor müdiri - Erməni siyasətçilərinin beynəlxalq hüquq normalarına əsaslanmayan istənilən bəyanatı gülməli və ziddiyyətli səslənəcək

Siyasət Materials 30 Dekabr 2006 13:38 (UTC +04:00)
Prezident aparatının sektor müdiri - Erməni siyasətçilərinin beynəlxalq hüquq normalarına əsaslanmayan istənilən bəyanatı gülməli və ziddiyyətli səslənəcək

Erməni hökuməti münayəndələrinin bir-birinə zidd bəyanatları sadəcə gülməlidir. Bu fikri Trend ə müsahibəsində Prezident Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov bildrib.

F.Axundov deyib: "2006-cı ilin sonları erməni tərəfi nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqbşəsinin tənzmlənməsi ilə bağlı bəyanatları ilə boldur və bu bəyanatların hamısı bir-birinə zidd səsləndirilib, ona görə daha da gülməli təsir bağışlayır".

Onun fikrincə, bunun səbəbi odur ki, erməni tərəfi əzəl gündən özünü hüquqi meydandan kənarda qoyub, lakin bununla belə, müxtəlif fikirlərlə öz qeyri-qanuni mövqeyinə qanuni status verməyə çalışıb. Azərbaycan Prezidenti aparatının nümaynədəsi bildirib ki, "erməni tərəfinin son "nou-xau"su o bəyanatlar olub ki, guya "dünya artıq başa düşməyə başlayıb ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibinə daxil olmayıb".

F.Axundov vurğulayıb: "Bu hansı hüquq, ya da qanundur ki, bu günə qədər dünyada heç kəs başa düşməyib və yalnız münaqişənin 19-cu ilində başa düşməyə başlayıb? Bütün bu 18 ili erməni siyastəçiləri bəs harada idi? Onlar Ermənistanı və Dağlıq Qarabağın erməni əhalisini hara sürükləmək istəyirlər? Çox güman ki, "əyri güzgülər krallığı"na".

F.Axundovun fikrincə, Dağlıq Qarabağda keçirilən "refrendum" adlandırılan akta dünya ictimaiyyətinin reaksiyası həmin "siyasətçilər"ə məhz bir daha nümayiş etdirdi ki, Qarabağ münaqişəsi ətrafında "dünyanın anlamında" heç bir dəyişiklik baş verməyib. O bildirib: "Bütün dövlətlər və beyənlxalq təşkilatlar bir daha bəyan etdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və separatçı rejimi tanımaq fikridə deyillər. Lakin erməni siyasətçiləri öz ictimaiyyətini yanlışa sürükləməkdə davam edirlər".

F.Axundov daha bir improvizə kimi Ermənistanın müdafiə naziri Serj Sarkisyanın bu yaxınlarda səsləndirdiyi bəyanatı göstərib. S.Sarkisyan "Ermənistan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü tanımamaq barədə bəyanat verməyib. Lakin eyni zamanda, biz Dağlıq Qaprabağ Respublikasının ərazi bütövlüyünü də tanıyırıq, belə ki, Azərbaycan Respublikası və "DQR" SSRİ qanunvericiliyi əsasında paralel şəkildə yaradılıb" deyərək öz "orjinal fikri" ilə yenə hamını heytərə gətirib.

F.Axundovun fikrincə, "S.Sarkisyana görə, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan hissələrə parçlanıb, bunlardan biri də Dağlıq Qarabağdır. Deməli, Ermənistan müdafiə nazirinin məntiqinə əsasən, SSRİ-nin qanunvericiliyi əsasında Rusiya da RSFSR-in tərkibinə daxil olan onlarla muxtar vilayət, respublika, mahal və milli dairələrə parçalanıb". F.Axundov bildirib: "Əgər S.Sarkisyan hesab edirsə ki, Azərbaycan SSR-in tərkibindən çıxmaq barədə DQMV-in "Vilayət sovetininin qərarı" qanunidir və bu, Dağlıq Qarabağın erməni əhalisinə RSFSR, Özbəkistan və b. tərkibində olan onlarla digər muxtar vilayətlər qarşısında nəsə bir üstünlük verir, onda Sarkisyan bəzi Şərq icmalarının məntiqi ilə düşünür, burada hamının qarşısında arvadına 3 dəfə boşanmaq barədə qışqırmaq kifayətdir ki, onların nikahı artıq pozulmuş sayılsın".

F.Axundov qeyd edib ki, bununla belə, S.Sarkiysanın bəyanatı başqa bir erməni nazirinin mövqeyinə tamamilə ziddir, demək olar ki, onunla eyni vaxtda Ermənistan XİN başçısı Vardan Oskanyan başqa bir bəyanat verib.

F.Axundov bildirib: "Ermənistan xarici işlər nazirinin sözlərinə görə, Dağlıq Qarabağın erməni əhalisi özünütəyin hüququnu realizə etməyə çalışır ki, Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə ziddiyət təşkil edir. Lakin Sarkisyanın sözlərinə görə, Erməistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ isə hələ 1991-ci ildə bundan istifadə edərək Azərbaycandan ayrılıb".

Eyni vaxtda Ermənistan rəhbərliyinin başqa bir nümayəndəsi prezident köməkçisi Qarnik İsaqulyan bəyan edib ki, "həmişə deyilib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər o məqsədlə işğal olunub ki, gələcəkdə Dağlıq Qarabağın statusunun əvəzinə Azərbaycana nəsə təklif etməyə bir şey olsun".

Lakin F.Axundov xatırladıb ki, erməni tərəfi elə "həmişə" tamamilə əks bir fikir deyib: "Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər həmişə Dağlıq Qaarabağ ermənilərini "təcavüzkar azərbaycanlılar"dan qoruyan "təhlükəsizlik bufer zolağı" olub". F.Axundov məmnunluqla bildirib ki, nəhayət, İsaqulyanın dilindən həqiqət çıxıb.

Sonda F.Axundov əminliklə bildirib ki, beynəlxalq hüquq normalarına əsaslanmayan istənilən bəyanatlar bundan sonra da gülməli və ziddiyyətli olacaq, çünki hüquqi mühitdən kənarda heç bir izahat yoxdur, ola da bilməz.

F.Axundov əlavə edib: "Erməni tərəfi əgər konstruktiv görünmək istəiyrsə, onun üçün yeganə çıxış yolu beynəlxalq hüquq normaları əsasında münaqişənin dinc yolla həllini tapmaqdır".

Xəbər lenti

Xəbər lenti