...

Xətai Rayon Məhkəməsi icazəsiz aksiyada iştirak edən beş nəfərin hər birini 22 manat cərimə edib

Siyasət Materials 26 Yanvar 2007 20:00 (UTC +04:00)

Müxalifətyönlü "Azadlıq" blokunun yanvarın 26-da ssat 15.00-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) qarşısında keçirdiyi icazəsiz aksiya zamanı 15 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb.

"Azadlıq" blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov Trend ə açıqlamasında bildirib ki, saxlanılan şəxslərdən 9 nəfər polis idarəsinə aparıldıqdan sonra sərbəst buraxılıblar.

"Beş nəfər - Səfər Cavadov (AXCP), Hacı Ələsgəov (AXCP), Adil Əliyev (AXCP), Orxan Qafarlı (VİP) və Cəmil Hacıyev (ALP) Xətai Rayon Məhkəməsinin qərarı ilə 22 manat cərimə olunaraq azadlığa buraxıldılar", - deyə Həsən Kərimov vurğulayıb.

H.Kərimov onu da vurğulayıb ki, "Azadlıq" bloku keçirdiyi aksiyanı baş tutmuş hesab edir.

Onun sözlərinə görə, polislə yaranmış qarşıdurma zamanı 40 nəfərə yaxın aksiya iştirakçısı xəsarət alıb.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti