...

QAT sədri: "Rusiyada yaşayan azərbaycanlıların problemləri ilə bağlı etiraz tədbirlərimizi təxirə salmışıq"

Siyasət Materials 1 Fevral 2007 12:14 (UTC +04:00)

"Rusiyada yaşayan azərbaycanlıların problemləri nisbətən yumşalıb. Ona görə də Bakıda etiraz aksiyaları keçirmək təşəbbüsümüzü təxirə salmışıq". Bu fikirləri Trend ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

O qeyd edib ki, həm QAT-ın Moskva və Sankt-Peterburqdakı nümayəndəlikləri, həm də ayrı-ayrı soydaşlarımız vasitəsilə Rusiyada miqrantlara qarşı münasibəti, mövcud vəziyyəti öyrənirlər. A.Nağının sözlərinə görə, miqrasiya ilə bağlı yeni qanun çıxarıldıqdan sonra Rusiya milisləri, həmçinin miqrasiya xidmətinin əməkdaşları bütün miqrantlardan, o cümlədən də azərbaycanlılardan rüşvət alırlar. Qeydiyyata düşmək üçün sənədəlrin qəbulu və digər prosedurlar zamanı süründürməçiliyə yol verilir, soydaşlarımızın sərbəst fəaliyyəti məhdudlaşdırılıb.

"Buna baxmayaraq, Rusiya hökumətinin qanuna yenidən baxacağı, vəziyyətin yumşaldılacağı bildirilir. Hələlik hadisələrin gedişatını müşahidə edirik"-deyə QAT sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti