...

Naxçıvan MR-də YAP Babək Rayon Təşkilatının VIII konfransı keçirilib

Siyasət Materials 1 Fevral 2007 12:20 (UTC +04:00)

Naxçıvan MR-də YAP Babək Rayon Təşkilatının VIII konfransı keçirilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, konfransda həmçinin YAP Babək Rayon Təşkilatına yeni sədr seçilib.

Mandat komissiyasının sədri Hüseyn Bağırov seçilmiş nümayəndə heyətinin tərkibi haqqında məlumat verib, təşkilatın əhatə etdiyi 125 ilk partiya təşkilatında hesabat-seçki yığıncaqlarının keçirildiyini, konfransa 254 nümayəndənin seçildiyini və konfransın səlahiyyətli olduğunu bildirib.

Konfransda çıxış edən Naxçıvan MR Ali Məclisi Sədrinin müavini, YAP Babək Rayon Təşkilatının sədri Mirhəşim Seyidov hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan keçən dövr ərzində təşkilatın fəaliyyətini təhlil edib. Onun sözlərinə görə, VII konfransdan keçən dövr ərzində təşkilatın sıralarına 858 nəfər, təkcə 2006-cı ildə isə 531 nəfər qəbul edilib. Hazırda YAP Babək Rayon Təşkilatın sıralarında 5412 nəfərin olduğunu deyən Mirhəşim Seyidov bundan 2630 nəfərin və 48,6 %-nin gənclərdən ibarət olduğunu vurğulayıb.

Tədbirdə hesabat dövrü ərzində YAP Babək Rayon Təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edildikdən sonra təşkilati məsələyə baxılıb. 21 nəfərdən ibarət Şura seçilib. Şura üzvü, Nehrəm kənd ərazi ilk təşkilatının sədri İsa Məmmədov YAP Babək Rayon Təşkilatına yeni sədr seçilib.

İştirakçılar tərəfindən ölkə başçısı İlham Əliyevə müraciət qəbul edilməsi ilə konfrans öz işini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti