...

Yanvar ayı ərzində Azərbaycan DİN 20 obyekti mühafizəsi altına alıb

Siyasət Materials 1 Fevral 2007 13:28 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində DİN mühafizə idarəsi əməkdaşları tərəfindən Bakı şəhərinin 9 rayonu ərazisində müxtəlif təyinatlı obyektlər mühafizə altına alınıb. Bu barədə Trend ə idarədən bildiriblər.

Mühafizə olunan obyektlər arasında mənzillər, ticarət yerləri və qarajlar var. Polis tərəfindən mühafizə olunan bütün obyektlərdə əsasən naqilli və naqilsiz siqnalizasiyalar quraşdırılır. Quraşdırma işlərini vasitəçi firmalar öz üzərinə götürür.

Bir otaqda naqilli siqnalizasiyanın quraşdırlması üçün firmaya 300 manat ödəmək lazımdır. Adətən dövlət və özəl "mühafizə"yə şəhərin mərkəzində yerləşən ticarət yerlərinin sahibləri müraciət edir. Bu cür obyektlərin çox hissəsi Nəsimi və Yasamal rayonlarının payına düşür.

Qeyd edək ki, siqnalizasiya quraşdırılan obyektlərdə oğurluq halı praktiki şəkildə qeydə alınmır. Keçən il mühafizə idarəsinə cəmi 12 həyəcan çağırışı daxil olub ki, bu da yanğın nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti