...

Beynəlxalq Avropa Hərəkatının baş katibi 14-17 fevralda Bakıda səfərdə olacaq

Siyasət Materials 1 Fevral 2007 16:20 (UTC +04:00)

Azərbaycan Avropa Hərəkatının prezidenti Həbib Quliyevin dəvəti ilə Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kroner 14-17 fevral tarixində Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Avropa Hərəkatından məlumat verilib.

Səfərdə həmçinin qonaq qismində Estoniyanın Avropa Birliyindəki daimi nümayəndəsi Tonu Karu, Gürcüstan və Türkiyə Avropa hərəkatlarının nümayəndələrinin də iştirakı nəzərdə tutulub. Səfərdə məqsəd Azərbaycandakı ictimai-siyasi durumla tanış olmaq, ölkəmizin Avropaya inteqrasiyası prosesindəki inkişafı, yeni fəaliyyətə başlayan Azəraybaycan Avropa Hərəkatı ilə tanış olmaqdır. Səfər çərçivəsində hökumət nümayəndələri, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri ilə görüşlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti