...

Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan jurnalistikası hələ o səviyyəyə çatmayıb ki, onların hərəkətləri cinayət məsuliyyətindən azad edilsin"

Siyasət Materials 1 Fevral 2007 16:25 (UTC +04:00)
Prezidentin İcra Aparatının şöbə müdiri: "Azərbaycan jurnalistikası hələ o səviyyəyə çatmayıb ki, onların hərəkətləri cinayət məsuliyyətindən azad edilsin"

"Azərbaycan jurnalistikası hələ o səviyyəyə çatmayıb ki, onların hərəkətləri cinayət məsuliyyətindən azad edilsin". Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri Əli Həsənov ATƏT-in xüsusi nümayəndəsi Mikloş Xaraştinin Azərbaycanda "Diffomasiya haqqında" qanunun qəbul edilməsinin vacibliyi barədə dünənki bəyanatını şərh edərkən bildirib.

Ə.Həsənov bildirib ki, hər gün qəzetlərdə onlarla, minlərlə vətəndaşın ünvanına təhqir və böhtanlar yağdırılır. O deyib: "Onların şərəf və ləyaqəti təhqir edilir. Əgər bütün bunlar məhkəmə və cinayət məsuliyyətindən azad edilərsə, bizdə belə bir təşviş yaranacaq ki, Azərbaycanda özlərini mətbuatdan qorumaq üçün insanlar hansı metodlardan istifadə etməlidirlər. Ona görə biz hesab edirik ki, diffomasiya haqqında qanun o ölkələrdə qəbul edilməlidir ki, orada jurnalistika yüksək inkişaf edib, əxlaq məcəlləsi qəbul edilib, jurnalistikanın ictimai normaları təsbit edilib. Yalnız bundan sonra bu qanunun Azərbaycanda qəbulundan danışmaq olar".

Ə.Həsənov bildirib ki, ATƏT bu qanunun qəbul edlməsində israr edə bilməz: "Hər bir ölkənin öz haqları var və bu haqlar ATƏT-in özü və digər beynəlxalq təşkilatların prinsipləri ilə qorunur".

Xəbər lenti

Xəbər lenti