...

Azərbaycanın məhkəmədəki nümayəndəsi: "Bakı evsizlər və məzlumlarını müdafiə" qeyri-hökumət təşkilatının iddiası üzrə Avropa Məhkəməsinin qərarı qeyri-obyektivdir"

Siyasət Materials 1 Fevral 2007 16:43 (UTC +04:00)
Azərbaycanın məhkəmədəki nümayəndəsi: "Bakı evsizlər və məzlumlarını müdafiə" qeyri-hökumət təşkilatının iddiası üzrə Avropa Məhkəməsinin qərarı qeyri-obyektivdir"

İnsan haqları üzrə Avropa Məhkəməsinin 2001-ci il aprel ayında təsis edilmiş "Bakı evsiz və məzlumlarını müdafiə" qeyri-hökumət təşkilatını təmsil edən Azərbaycan vətəndaşları Nabat Ramazanova, Emin Zeynalov, Zərifə Qənbərova və Eldar Əlizadə tərəfindən qaldırılmış iddia ilə bağlı çıxardığı qərar qeyri-obyektivdir. Bu barədə eksklüziv olaraq Trend ə Azəraycanın Avropa Məhkəməsində nümayəndəsi Çingiz Əsgərov bildirib.

O bildirib ki, Azərbaycan qanunvericiliynin qeyri-düzgün şəkildə interpretasiyası əsasında nəticələrə gəlinib.

Fevralın 1-də Avropa məhkəməsi yuxarıda adları çəkilən şəxslərin iddiası ilə bağlı qərarını açıqlayıb, Bu qərara əsasən, həmin şəxslərə qarşı İnsan haqları üzrə Avropa Konvensiyasının 11-ci maddəsi (Toplaşmaq və assosiasiya azadlığı) pozulub. Bununla əlaqədar olaraq məhkəmə Azərbaycan hökuməti tərəfindən iddiaçılara vurulan zərərə görə 4000 avro və məhkəmə xərcləri ilə bağlı 2000 avro həcmində vəsait ödənilməsi ilə bağlı qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti