...

YAP Əli Bayramlı şəhər təşkilatının konfransı keçirilib

Siyasət Materials 1 Fevral 2007 16:46 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Əli Bayramlı şəhər təşkilatının II konfransı keçirilib.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, konfransda YAP Əli Bayramlı şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında çıxış edib.

Ə. Əsgərov nəzarət təftiş qrupunun məruzəsinin təqdim etdikdən sonra konfrans nümayəndələrindən Nəzərov Saleh, Teymurov Məhərrəm, Nəzirova Zərxanım, İsayev Ramil, şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və başqaları çıxış edərək YAP Əli Bayramldı şəhər təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdiklərini bildiriblər.

Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü Yusif Hümbətov şəhər təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib, partiyanın ölkənin içtimai-siyasi həyatındakı mövqeyindən danışıb.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. Şəhər təşkilatının 41 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfər tərkibdə nəzarət təftiş qrupu seçilib.

Əbülhəsən Ağasən oğlu İbrahimov yenidən YAP Əli Bayramlı şəhər təşkilatının sədri seçilib.

Konfransın sonunda Azərbaycan Respublikasının prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti