...

Romada Azərbaycan və İtaliya arasında hərbi-siyasi məsləhətləşmələr aparılacaq

Siyasət Materials 1 Fevral 2007 16:53 (UTC +04:00)

5-6 fevral tarixində Romada Azərbaycan və İtaliya arasında hərbi-siyasi məsləhətləşmələr aparılacaq. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın İtaliyadakı səfirliyinin siyasi məsələlər üzrə məsləhətçisi Məmməd Əhmədzadə məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrdə iştirak üçün Romaya Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər edəcək. Diplomatın məlumatına əsasən, məsləhətləşmələr İtaliyanın xarici işlər nazirliyində aparılacaq. Səfər çərçivəsində həmçinin Azərbaycan nümayəndə heyətinin İtaliya parlamentində görüş və o cümlədən, parlamentin xarici əlaqələr və müdafiə, Avropa Şurası ilə əməkdaşlıq üzrə komissiyalarının rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə danışıqlar aparılacaq. Səfər çərçivəsində beynəlxalq fikrin formalaşdırılması şöbəsi tətəfindən təşkil olunan tədbirdə də iştirak planlaşdırılıb.

Diplomat ümumilikdə, səfər proqramının olduqca zəngin olacağını qeyd edib.

Məsləhətçi qeyd edib ki, səfər çərçivəsində hər hansı bir ikitərəfli sənədin imzalanması gözlənilmir. Onun sözlərinə görə, səfərin məqsədi iki tərəf üçün maraq kəsb edən beynəlxalq və ikitərəfli xarakterli məsələlər üzrə məsləhətləşmələrin aparılmasıdır.

Xəbər lenti

Xəbər lenti