...

Rusiya prezidenti: Ermənistan –Azərbaycan münaqişəsinin nizamlanması iki ölkənin işidir

Siyasət Materials 1 Fevral 2007 17:01 (UTC +04:00)
Rusiya prezidenti: Ermənistan –Azərbaycan münaqişəsinin nizamlanması  iki ölkənin işidir

Rusiyanın Ermənistanda hərbi iştirakı Azərbaycana qarşı yönəlməyib. Trend in Moskvadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə RF prezidenti Vladimir Putin bu gün mətbuat konfransında Trend in müxbirinin sualını cavablandırarkən bəyan edib.

Onun sözlərinə görə, Ermənistandakı hərbi bazalar - Sovet İttifaqından sonra qalıb. V.Putin qeyd edib ki, Rusiyanın hərbi bölmələri rəhbərliklərinin buna heç bir etiraz etmədikləri keçmiş SSRİ respublikalarında qalıb. "Bu, Tacikistana da aiddir", - deyə prezident bildirib və qeyd edib ki, RF bu hüquqi bazanı müvafiq tələblərə uyğunlaşdırıb.

"Ermənistandakı hərbi baza bu bölgədə yerləşən hər hansı ölkəyə, o cümlədən Azərbaycanın maraqlarına qarşı yönəlməyib", - deyə V.Putin bildirib və vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması- bu iki ölkənin işidir.

Onun sözlərinə görə, Rusiya münasib qərar tapmaqda Azərbaycan və erməni tərəflərə yardım etməyə çalışır, lakin bu, həmin ölkələrin qərarı olmalıdır. O bildirib ki, Rusiya öz qərarlarını zorla heç kimə qəbul etdirə bilməz. "Əgər biz nəyisə zorla qəbul etdirməyə çalışsaq, yəqin ki, ya erməni, ya da Azərbaycan tərəfi ilə münasibətlərimizi pozarıq", - deyə prezident qeyd edib və "bu problemi Rusiyanın üzərinə qoymamağa" çağırıb.

Xəbər lenti

Xəbər lenti