...

YAP-çı deputat S.Novruzov: "Partiyaların ictimaiyyət qarşısında maliyyə hesabatı verməsi məsələsini qaldıracağıq"

Siyasət Materials 1 Fevral 2007 17:44 (UTC +04:00)

"Siyasi partiyalar əlaqədar orqanlar qarşısında maliyyə hesabatı verməlidir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Mövcud qanunvericiliyin müvafiq maddəsinin dəyişəcəyi halda biz partiyaların ictimaiyyət qarşısında maliyyə hesabatı verməsi məsələsini qaldıracağıq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

S.Novruzov partiyaların gəlir mənbələrinin şəffaflığı amilinin dünyanın hər bir yerində mövcud olduğunu söyləyib. O hesab edir ki, ölkədə mövcud olan hər bir partiyanın maliyyə mənbəyi şəffaf olmalıdır. S.Novruzov həmçinin millət vəkillərinin köməkçilərinin müəyyənləşdirilməsi haqda şərtlərin düzgün olduğunu vurğulayaraq, eyni zamanda razılaşmadığı məqamları da qeyd edib: "Hesab edirəm ki, deputat köməkçilərinin yerləşməsi məsələsində sərbəstlik təmin olunmalıdır. Yəni bu məsələ deputatın öz səlahiyyətində olmalıdır. Köməkçilərin yeri, rabitə məsələləri bizim üçün qaranlıq qalır".

Xəbər lenti

Xəbər lenti