...

Millət vəkili Siyavuş Novruzov: "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması zəruridir"

Siyasət Materials 1 Fevral 2007 18:03 (UTC +04:00)

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması zəruridir. Trend in məlumatına görə, Milli Məclisin fevralın 1-də başlayan yaz sessiyasının ilk iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov belə deyib.

Onun fikrincə, hazırda qüvvədə olan qanun günün tələblərinə cavab vermir. O təklif edib ki, parlamentin yaz sessiyasında "Siyasi partiyalar haqqında" qanun hazırlansın və müzakirəyə çıxarılsın.

"Hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub. Həmin dövürdən keçən müddətdə Azərbaycanda böyük dəyişiklik baş verib. Bu qanunda boşluqlar var və bəzi qüvvələr ondan yararlanırlar. Hərə qoltuğuna bir qovluq vurub ki, mən partiya yaratmışam, Bəlkə də heç həmin şəxslərin ailə üzvləri də yaratdıqları partiyanın üzvü deyillər. Belə şəxslər partiya adından gündə bir bəyanat verirlər. Beynəlxalq təşkilatlar da elə bilirlər ki, bu bəyanatları verənlər həqiqətən də hansısa iş görürlər", -deyə YAP rəsmisi əlavə edib.

Azərbaycandakı partiyaların fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının zəruri olduğunu deyən S.Novruzov vurğulayıb ki, siyasi təşkilatların işi yalnız bəyanat verməkdən ibarət olmamalıdır.

Xəbər lenti

Xəbər lenti