...

AXCP sədri qərargahla bağlı Dövlət Əmlak Komitəsinə müraciət göndərdi

Siyasət Materials 1 Fevral 2007 18:10 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət göndərib. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Müraciətdə bildirilir ki, AXCP 1995-ci il sentyabr ayının 1-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, dəfələrlə müvafiq dövlət orqanlarına, o cümlədən Dövlət Əmlak Komitəsinə və İqtisadi İnkişaf Nazirliyinə etdiyi müraciətlərə baxmayaraq bu günə qədər qərargahla təmin edilməyib. Sədr AXCP-nin 1997-ci ildən etibarən "Azadlıq" qəzetinin redaksiyası ilə razılaşma əsasında həmin redaksiyanın yerləşdiyi Xaqani küçəsi 33 saylı binada fəaliyyət göstərdiyini, 2006-cı ilin noyabrın 24-də məhkəmə qətnaməsi əsasında həmin binadan çıxarıldığını xatırladıb. Partiyanın əmlakı Dövlət Komitəsinin 16 noyabr 2006-cı il tarixli məktubunda göstərilən ünvanlardan birinə - Keşlə qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə aparılıb, 2 ay müddətində orada saxlandıqdan sonra partiyaya qaytarılıb.

Ə.Kərimli "Siyasi patiyalar haqqında" Qanununun 13-cü maddəsini əsas gətirərək partiyalara bərabər hüquqi şərait yaradılmasını, AXCP-yə şəhərin inzibati mərkəzindən uzaq olmayan qeyri-yaşayış səhəsi ayırmasını Dövlət Komitəsindən xahiş edib.

Xəbər lenti

Xəbər lenti