...

YAP-ın rayon təşkilatlarının hesabat seçki konfransları yazda yekunlaşacaq

Siyasət Materials 1 Fevral 2007 18:13 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarının hesabat seçki konfransları hələ davam edir və bu proses yazda yekunlaşacaq. Trend in məlumatına görə, bu barədə jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı açıqlama verib.

O bildirib ki, hesabat seçki konfransları nəzərdə tutulan rayonların üçdə ikisində uğurla başa çatıb. Azərbaycanın digər rayonlarında da hazırlıq işləri davam edir və bu proses yaxın zamanlardı başa çatacaq. M.Qurbanlı deyib ki, bütün hesabat seçki konfranslarında partiyanın atacağı yeni addımlara baxılır və növbəti seçkilərə hazırlıqla əlaqədar tövsiyələr verilir: "Seçkilərə hazırlıq baxımından Yeni Azərbaycan Partiyası həmişə bütün səsvermələrə hazırdır"-deyə M.Qurbanlı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti