...

Müstəqil Azərbaycan Universitetinin tələbələri Təhsil Nazirliyinin qarşısında piket keçiriblər

Siyasət Materials 1 Fevral 2007 18:47 (UTC +04:00)

Fevralın 1-də keçmiç Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi təhsil hüququnun bərpası tələbi ilə Təhsil Nazirliyinin qarşısında icazəsiz piket keçiriblər.

Trend in məlumatına görə, tələbələr təhsil naziri Misir Mərdanovla görüşmək istəsələr də, bu baş tutmayıb. Aksiya içtirakçıları ilə danışıqlara nazirliyin baş məsləhətçisi Elyar Iahabov gəlib. Ancaq Elyar Iahabovla da aksiya içtirakçılarının danışıqları bir nəticə verməyib. Daha sonra polis icazəsiz piketi dağıdıb.

MAU-nun tələbələrindən aldığımız məlumata görə, polis tələbələrin piketini dağıdan zaman aksiya iştirakçılarından yüngül xəsarət alanlar olub.

Qeyd edək ki, tələbələr Təhsil Nazirliyinin qarşısında piket keçirməmişdən əvvəl Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, deputat Rəbiyyət Aslanova ilə görüşüblər. R.Aslanova onlardan təhsil hüquqları pozulan tələbələrin siyahısını və məhkəmə qərarını istəyib. Komissiya sədri deyib ki, məsələni öyrənəndən sonra tələbələrə bir cavab verəcək.

Xəbər lenti

Xəbər lenti