...

Azərbaycan XİN başçısı İran nazirini qəbul edib

Siyasət Materials 1 Fevral 2007 20:12 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran Dövlət Teleradio Təşkilatının sədri İzzətulla Zəvqamininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend XİN mətbuat mərkəzinə istinadən xəbər verir.

Qonaq Azərbaycan və İran xalqlarının dərin tarixi köklərə, yaxın münasibətlərə malik olduğunu bildirib. Bunlar isə iki ölkə arasında əməkdaşlığı zəruri edir.

Elmar Məmmədyarov Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərlərini xatırladaraq, Azərbaycanın həmişə mehriban qonşuluq siyasətində maraqlı olduğunu bildirib.

Daha sonra İ.Zəvqami tərəflərin bir-birlərinə bir sıra məsələlərdə dəstək olduqlarını yüksək qiymətləndirərək, televiziya və radio sahəsində də əməkdaşlıq yaratmağın vacibliyini vurğulayıb, Rabitə və Texnologiya Nazirliyi ilə birgə ekspert qrupunun yaradılması qərarına gəlindiyini bildiribr. Nazir qonağın bu fikri ilə razılaşaraq, İran Televiziyası və Azərbaycan Dövlət televiziyası arasında münasibətlərin hüquqi çərçivəsinin formalaşdırılmasını zəruri sayıb, iki ölkənin televiziya şirkətləri arasında əlaqələri tənzimləyəcək mexanizmin olmasının önəmli olduğunu qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti