...

Azərbaycan prezidenti İran radio və televiziya təşkilatının sədrini qəbul edib

Siyasət Materials 1 Fevral 2007 20:51 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İran Dövlət Teleradio Təşkilatının sədri İzzətulla Zəvqamininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend XİN mətbuat mərkəzinə istinadən xəbər verir.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib, bu səfərin radio-televiziya sahəsində əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

İzzətullah Zəvqami İran İslam Respublikasının Prezidenti Əhmidinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını vurğulayan qonaq bu əlaqələrin radio və televiziya sahəsində də genişlənəcəyinə əminliyini söyləyib.

Xəbər lenti

Xəbər lenti