...

Səfir: "ABŞ Konqresi qondarma erməni soyqırımı məsələsində Türkiyənin əleyhinə qərar qəbul edərsə, bu, böyük gərginliyə səbəb ola bilər"

Siyasət Materials 2 Fevral 2007 12:57 (UTC +04:00)

"Qondarma erməni soyqırımı məsələsi ABŞ Senatında və Nümayəndələr Palatasında müzakirə oluna bilər. Lakin oradan Türkiyənin əleyhinə hər hansı bir qərar çıxarsa, bu, çox böyük gərginliyə səbəb ola bilər." Trend in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu bildirib.

Diplomat qeyd edib ki, belə bir gərginliyin yaranmaması üçün Türkiyə lazımı xatırlatmalar edir və inanır ki, bu baş verməyəcək.

"ABŞ Konqresinin qondarma erməni soyqırımını tanıyacağı təqdirdə rəsmi Ankara Vaşinqtonla hərbi və iqtisadi əlaqələri dayandıra bilərmi" sualına səfir heç bir şərh verməyib.

Xatırladaq ki, Fransa qondarma erməni soyqırımını tanıyandan sonra Türkiyə bu ölkə ilə hərbi əlaqələrini kəsib.

H.A.Qarslıoğlu Kərkükdəki vəziyyətə də toxunub. O vurğulayıb ki, Türkiyə Kərkükdə yaranmış təhlükə ilə bağlı öz müttəfiqlərini, o cümlədən ABŞ-ı xəbərdar edib ki, baş verənlər ciddi problemlərin yaranmasına səbəb ola bilər.

"Pandoranın qəfəsini açmayın. Əgər qəfəs açılarsa, böyük təhlükələr yaranar və onu bağlamaq çox çətin olar. Kərkükdə istənilməyən hadisələr baş verərsə, heç kim bundan məmnun olmaz", -deyə diplomat əlavə edib.

Xəbər lenti

Xəbər lenti