...

Güney Azərbaycan Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatına üzv qəbul edildi

Siyasət Materials 2 Fevral 2007 13:35 (UTC +04:00)

Güney Azərbaycan Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatının -UNPO-nun üzvlüyünə qəbul edildi. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı nümayəndəliyindən məlumat verilib.

Güney Azərbaycanın üçrəngli bayrağı Güney Azərbaycanı təmsil edən bayraq olaraq tanındı. Güney Azərbaycanı artıq UNPO-da onun həqiqi nümayəndələri təmsil edəcək.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatının (UNPO) Brüsseldə Avropa Parlamentində fevralın 1-2- də keçirilən ikigünlük ümumi yığıncağında gündəliyə salınmış mövzulardan biri Güney Azərbaycan xalqının bu beynəlxalq quruma üzvlüyü məsələsi olub. UNPO-nun fevralın 1-də keçirilən iclasının ilk günündə qurumun İdarə Heyəti tərəfindən UNPO-nun Əsasnaməsi barədə məlumat verilib, qurumun yeni fəalliyət proqramı qəbul edilib. Daha sonra UNPO- nun baş katibi Marino Bursdachin üzvlük üçün müraciət etmiş Güney Azərbaycan barədə məlumat verib, bu məsələnin ciddi araşdırıldığını deyib. Sonda Birləşmiş Millətlər Təşkilatında təmsil olunmayan Güney Azərbaycan xalqının bir millət olaraq UNPO-da təmsil olunmasının vacibliyi qərara alınıb. Həmçinin qərara gəlinib ki, Güney Azərbaycan xalqını təmsil etmək hüququ GAMOH-a verilsin. Qeyd edək ki, UNPO-nun toplantısında Güney Azərbaycan türklərinin 4 nəfərlik nümayəndə heyətinə GAMOH-un lideri Mahmudəli Çöhrəqanlı başçılıq edir.

Xəbər lenti

Xəbər lenti