...

BMT Bakı ofisinin rəhbəri: İnsan haqlarının ən böyük pozuntusu – Azərbaycanda məcburi köçkünlərin sayıdır

Siyasət Materials 2 Fevral 2007 14:04 (UTC +04:00)
BMT Bakı ofisinin rəhbəri: İnsan haqlarının ən böyük pozuntusu – Azərbaycanda məcburi köçkünlərin sayıdır

İnsan haqlarının ən böyük pozuntusu - Azərbaycanda məcburi köçkünlərin sayıdır. Bu barədə Trend in məlumatına əsasən, Bakıda mətbuat konfransında Azərbaycanda missiyasını başa vuran BMT-nin Bakı ofisinin rəhbəri Marko Barsotti bəyan edib.

Onun sözlərinə görə, dövlət strukturlarında da dövlət nümayəndələri tərəfindən vətəndaş hüquqlarının pozulması halları müşahidə olunur.

"İnsan haqları sahəsində pozuntuların aşkar olunub aradan qaldırılmasının hansısa üçüncü təşkilatın fəaliyyəti olduğuna inanmırıq. Bu, dövlət tərəfindən həll olunmalıdır", - M. Barsotti hesab edir.

Onun sözlərinə görə, Azərbaycanda ombudsman institutunun yaradılması bu məsələdə böyük rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti