...

Müsavat funksioneri Rauf Arifoğlu: "Sərdar Cəlaloğlu danışanda səhvlər buraxır, sonra bunun günahını başqalarında axtarır"

Siyasət Materials 2 Fevral 2007 16:24 (UTC +04:00)

"ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu danışanda səhvlər buraxır və sonra bunun günahını başqalarında axtarır." Trend in məlumatına görə, bu sözləri "Yeni müsavat" qəzetinin baş redaktoru, müxalifətyönlü Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlu Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini S.Cəlaloğlunun onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib.

"Sərdar Cəlaloğlu çox ciddi bir məqamda çox ciddi dönüş elədi. Əgər istənilən avtomobil belə dönüş etsəydi, mütləq aşardı. İnsan isə belə dönüş edəndə onurğa sümüyü sına bilər. İndi Sərdar Cəlaloğlu həmin prosesi yaşayır", - deyə Rauf Arifoğlu vurğulayıb.

Müsavat başqanı İsa Qəmbər və partiyanın digər funksionerlərinin xarici avtomobillərdə gəzmələri ilə bağlı S.Cəlaloğlunun ittihamlarına gəlincə, Rauf Arifoğlu bunda bir qəbahət görmür: "İndii demək olar ki, hamı "Mersedes"də gəzir. Sərdar Cəlaloğlunun özü BMV sürür. Onun maşını nə markasına, nə də qiymətinə görə İsa Qəmbərin "Mersedes"indən geri qalmır."

R.Arifoğlu Müsavat Partiyasının yaxın vaxtlarda hakimiyyətlə əməkdaşlıqla bağlı bəyanat verməyə hazırlaşmadığını deyib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya parlamentdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti