...

Azərbaycan prezidenti fevralın 14-16-da Almaniyada səfərdə olacaq

Siyasət Materials 2 Fevral 2007 16:54 (UTC +04:00)
Azərbaycan prezidenti  fevralın 14-16-da Almaniyada səfərdə olacaq

14-16 fevralda Azərbaycan prezidenti Almaniyada səfərdə olacaq. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib.

Azərbaycan səfirliyi artıq səfər və nəzərdə tutulmuş danışıqların proqramının hazırlanmasına başlayıb. Almaniyanın federal kansleri Angela Merkellə görüş planlaşdırılıb. Diplomatın sözlərinə görə, bu görüşə xüsusi önəm verilir. "Almaniya indi Avropa Birliyinə sədrlik edir və rəhbərliyi çərçivəsində onun aktual məsələlərini əhatə etməyə çalışır. Fəaliyyətinin üstünlüklərindən biri kimi Almaniya Yeni Qonşuluq Siyasətinin həyata keçirilməsini aktivləşdirmək və bu planda Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verir", - deyə diplomat qeyd edib.

Səfər çərçivəsində fevralın 15-də Azərbaycan prezidenti Konrad Adentura Fondunda "Azərbaycan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda məruzə ilə çıxış edəcək. Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Almaniyanın müxtəlif siyasi və işgüzar dairələrinin, Bundestaq üzvlərinin, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Dövlət başçısının səfər proqramına həmçinin fevralın 16-da keçiriləcək Almaniya -Azərbaycan biznes-forumunda iştirakı və çıxışı da daxildir. Forumda iki tərəfin biznes dairələrinin bir sıra nümayəndələri iştirak edəcək.

N.Ağayevin sözlərinə görə, Azərbaycan prezidentinin səfəri çərçivəsində ikitərəfli sənədlərin imzalanması planlaşdırılmayıb. Belə ki, son illər ərzində iki dövlət arasında müqavilə-hüquq baza bir sıra ikitərəfli müqavilələrin imzalanması ilə kifayət qədər zəngin olub.

Xəbər lenti

Xəbər lenti