...

Kölndə keçirilən regional konfrans sona çatıb

Siyasət Materials 2 Fevral 2007 17:30 (UTC +04:00)

Almaniyanın yerli idarəetmə strukturları ilə tanışlıq məqsədi ilə Kölndə keçirilən regional konfrans fevralın 2-də sona çatıb. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycan və Gürcüstan nümayəndələri üçün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunmuş bu tədbirdə regional infrastrukturun inkişafı, bu sahədə qanunvericilik, regionlarda həyata keçirilən iqtisadi və strateji siyasət, torpaqlardan istifadənin planlaşdırılması və digər mövzular müzakirə olunub.

Konfransda Azərbaycanı Milli Məclisin deputatı Tahir Rzayev təmsil edib.

Tədbir iştirakçıları səfər çərçivəsində Almaniyanın bir neçə şəhərində olublar, dövlət strukturlarının və yerli idarəetmə orqanlarının rəhbərləri ilə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti