...

İqdır Azərbaycan-Türkiyə sərhədini region əhalisi üçün vizasız etməyi təklif edir

Siyasət Materials 2 Fevral 2007 19:04 (UTC +04:00)

İqdırla Naxçıvan arasında Azərbaycan-Türkiyə sərhədi vizasız ola bilər. Trend xəbər verir ki, bunu Türkiyənin İqdır əyaləti qubernatoru Saffet Karahisarlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Naxçıvanla sərhədin vizasız olması və region sakinlərinin pasport və şəxsiyyət vəsiqələri ilə maneəsiz sərhədləri keçə bilməsində İqdır maraqlıdır. Qubernator bildirib ki, bu təşəbbüslə İqdır tərəfi artıq çıxış edib. Lakin o, təəssüflə bildirib ki, bu təklif təşəbbüs olaraq qalır.

S.Karaxisarlı həmçinin sahibkarlar arasında əlaqələr yaradılmasında və birgə investisiya fəaliyyətində maraqlı olduqlarını da vurğulayıb.

İqdırın maraqlı olduğu sahələr arasında gənclər sahəsində, idman və mədəniyyət sahələrində əlaqələrin yaradılması da var.

Xəbər lenti

Xəbər lenti