...

Fevralın 25-də AMİP Mərkəzi Şurasının iclası keçiriləcək

Siyasət Materials 2 Fevral 2007 19:17 (UTC +04:00)

Fevralın 25-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ali orqanı olan Mərkəzi Şuranın sessiyası keçiriləcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Fevralın 2-də partiyanın Siyasi Şurasının toplantısı keçirilib və müzakirələrdən sonra Mərkəzi Şuranın iclasının çağırılması qərara alınıb. Şurada qiymət artımı məsələsi, bununla əlaqədar ölkədə yaranmış ictimai-siyasi durum müzakirə olunacaq, həmçinin AMİP-in seçkili qurumlarının hesabatı dinləniləcək, daimi komissiyaların fəaliyyəti və cari məsələlərə baxılacaq.

Xəbər lenti

Xəbər lenti