...

Parlamentin regional məsələlər daimi komissiyası bir neçə qanun layihəsi hazlayıb

Siyasət Materials 2 Fevral 2007 19:33 (UTC +04:00)

Milli Məclisin regional məsələlər daimi komissiyası yaz sessiyasında müzakirə olunmaq üçün bir neçə qanun layihəsi hazlayıb.

Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, komissiya parlamentin yaz sessiyasında "Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında", "Coğrafi obyektlərin adları haqqında" yeni qanun layihələrini müzakirəyə təqdim edəcək.

Bundan başqa, yaz sessiyasında "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti