...

Azərbaycan prezidenti Dünya Bankının nümayəndələrini qəbul edib

Siyasət Materials 2 Fevral 2007 20:41 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də "Doing Busness 2007"-nin müəllifi, Dünya Bankının baş iqtisadçısı Simeon Djankovu və bankın Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçakı qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə yaxından tanış olmaq məqsədi ilə ölkəmizə səfər etdiklərini bildirən qonaqlar görüləcək işlər barədə dövlətimizin başçısına məlumat veriblər.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurlar barədə ətraflı danışıb və bu qurum ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığın gələcəkdə səmərəli olacağına və ölkəmizdə gedən inkişaf prosesləri barədə beynəlxalq aləmdə real təsəvvürün yaradılması sahəsində konkret işlərin görüləcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti