...

Səfir: Naxçıvan MR ərazisində erməni xaçlarının məhv edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Siyasət Materials 3 Fevral 2007 11:51 (UTC +04:00)
Səfir: Naxçıvan MR ərazisində erməni xaçlarının məhv edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

Azərbaycanın Naxçıvan MR ərazisində erməni xaçlarının məhv edilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və artıq Avropa Parlamentinə bu barədə həqiqi məlumat təqdim olunub. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Rafael İbrahimov beynəlxalq konfrans çərçivəsində Londonda keçirilən müzakirələrdə bəyan edib. Bu Böyük Britaniyadakı Ermənistan səfirliyinin nümayəndələrinin Culfadakı vəziyyəti araşdırmaq məqsədilə Avropa Parlamenti tərəfindən müvafiq qətnamənin qəbul edilməsi və missiyanın göndərilməsi bəyanatına cavab olaraq səsləndirilib. Bu barədə Trend ə səfirlikdən bildirilib.

Azərbaycan səfiri konfrans iştirakçılarının diqqətini Ermənistan ərazisində azərbaycanlılara məxsus tarxi abidə və məscidlərin məhv edilməsi faktına yönəldib və erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı soyqırım siyasəti aparılması, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü nəticəsində doğma yurd-yuvalarından qovulmuş 1 milyondan artıq qaçqın və məcburi köçkünlər barədə danışıb.

Səfirliyin məlumatına əsasən, R. İbrahimov "Postsovet məkanında dini adət-ənənələr və yeniliklər: bərpa və yaxud imtina etmək" mövzusundakı beynəlxalq konfransdakı çıxışında iştirakçıların diqqətinə Azərbaycanın dini tarixi, digər dinlərə qarşı tolerant münasibəti, dini strukturlara münasibətdə dövlətin siyasətini çatdırıb.

Xəbər lenti

Xəbər lenti