...

Türkiyənin Qars əyaləti nümayəndə heyəti Azərbaycana səfər edəcək

Siyasət Materials 3 Fevral 2007 13:10 (UTC +04:00)

Mart ayında Türkiyənin Qars əyaləti nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov məlumat verib.

Onun sözlərinə görə, Qars tərəfi Azərbaycanla ticarət-iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır. Bu məqsədlə Bakıya Qarsı təmsil edən nümayəndə heyəti gələcək və bu nümayəndə heyətinin tərkibinə əyalət rəhbərliyi nümayəndələri, eləcə də sahibkarlar daxil olacaq.

H.Zeynalov bildirib ki, Azərbaycanla daha sıx ticarət-iqtisadi münasibətlərin yaradılmasında İqdır əyaləti çox maraqlıdır. Türkiyənin bu əyaləti ilə artıq ticarət-iqtisadi əlaqələr həyata keçirilir və İqdır biznesmenləri Azərbaycan iqtisadiyyatına 50 mln. dollardan artıq vəsait yatırıb, bununla da təxminən 3 min işçi yer açılmasına səbəb olublar.

Baş konsul Qars, İqdır və Türkiyənin digər regionları əyalətləri ilə iqtsadi əlaqələrin yardılmasında Azərbaycanın maraqlı olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti