...

Səfir: Azərbaycan prezidenti Tbilisidə birgünlük səfərdə olacaq

Siyasət Materials 5 Fevral 2007 11:54 (UTC +04:00)
Səfir: Azərbaycan prezidenti Tbilisidə birgünlük səfərdə olacaq

Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də Tbilisidə birgünlük səfərdə olacaq. Bu barədə bu gün eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bildirib.

O qeyd edib ki, dövlət başçısı ilə bərabər Tbilisiyə xarici işlər nazirinin səfəri də gözlənilir.

Səfər çərçivəsində İlham Əliyev Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Tbilisi beynəlxalq aeroportunun açılış mərasimində iştirak edəcək. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında üçtərəfli razılaşmanın rəsmi imzalanma mərasiminin keçirilməsi də gözlənilir.

Tbilisidə olduğu müddət ərzində Azərbaycan prezidentinin ümumilli lider Heydər Əliyevin adı ilə adlandırılmış sahil küçəsinin açılışında də olacağı gözlənilir. N.Əliyev bildirib ki, Tbilisinin 3, 7 kilometrlik bu ərazisi Heydər Əliyev sahil küçəsi adlanacaq.

Azərbaycan prezidenti eləcə də Gürcüstan və Türkiyə başçıları ilə həm iki, həm də üçtərəfli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti