...

Azərbaycan hökuməti nümayəndə heyəti Pakistanda səfərdədir

Siyasət Materials 5 Fevral 2007 13:35 (UTC +04:00)

Azərbaycan hökuməti nümayəndə heyəti Pakistanda səfərdədir. Azərbaycanın Pakstandakı səfirliyindən Trend ə bildiriblər ki, nümayəndə heyəti fevralın 6-7-də Pakistan paytaxtında keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasında iştirak etmək üçün İslambada gəlib.

Səfirlikdən bildiriblər ki, bu, hökumət nümayəndə heyətinin yalnız bir dəstəsidir, Azərbaycan hökuməti baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi digər dəstə bu gecə Paksitana yola düşəcək. Xatırladaq ki, səfər çərçivəsində Y.Eyyubovun Pakistan baş naziri Şövkət Əzizlə görüşü planlaşdırılıb.

Tərəflər müxtəlif əməkdaşlıq sahələri üzrə ikitərəfli münasibətlərin pespektivlərini müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti