...

ADP Məclisinin keçmiş sədri: "Sərdar Cəlaloğlunun yeni ideyaları bir müddətdən sonra aktuallığını itirəcək"

Siyasət Materials 5 Fevral 2007 15:29 (UTC +04:00)

"Mən Sərdar Cəlaloğlunun hakimiyyətin tərəfinə keçəcəyini gözləmirəm. O, belə bir səhv etməz, çünki bu səhv ona heç bir fayda gətirməyəcək". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin keçmiş sədri, hazırda AXCP sədrinin müavini olan Nurəddin Məmmədli bildirib.

O, ADP-nin və partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlunun hakimiyyətə münasibətinin dəyişməsi, iqtidarla dialoq aparmağa qərar verməsinə dair öz mövqeyini açıqlayıb. N.Məmmədli hesab edir ki, ADP hakimiyyət üçün göydəndüşmə olan belə bir addım atacaqsa, bu, partiyaya və müxalifət düşərgəsinə ziyan vuracaq. Lakin keçmiş ADP funksionerinin fikrincə, bir müddətdən sonra Sərdar Cəlaloğlunun bu yeni ideyaları öz aktuallığını itirəcək: "Mən hesab edirəm ki, ADP daxilində elə də ciddi proseslər baş verməyəcək. Dialoq çağırışını əslində hamı edir və belə məsələlər partiyanı dağıda bilməz. O ki qaldı sədrlik uğrunda mübarizə məsələsinə, bu, çox təbii prosesdir və əslində partiyanın gücünün göstəricisidir".

N.Məmmədli qeyd edib ki, müxalifət düşərgəsindən mövqeyini dəyişərək hakimiyyət tərəfinə keçmələr hər zaman olub. Gedən müxalifətçilərin yerinə isə başqaları gəlib. Amma N.Məmmədli keçmiş partiyadaşlarının, xüsusilə ADP rəhbərliyinin hakimiyyətə loyal münasibət göstərərək müxalifətçiliyin daşını atacağına inanmadığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti