...

ABŞ-ın dövlət katibinin müavini Kolin Qrafi Xaçmazda Amerika Guşəsi açıb və Qırmızı qəsəbəyə baş çəkib

Siyasət Materials 5 Fevral 2007 15:55 (UTC +04:00)

Fevralın 5-də Azərbaycanın Xaçmaz rayonunda Amerika Guşəsinin açılışı baş tutub. Bu barədə Trend ə ABŞ-nın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Conatan Henik məlumat verib.

Rayonun mərkəzi kitabxanasında təşkil olunmuş mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, ABŞ-ın dövlət katibinin müavini Kolin Qrafi, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi iştirak edib. ABŞ haqqında lazım olan məlumatları əldə etmək arzusunda olanlar üçün mərkəz lazımi kitablar, kömpüter texnikaları ilə təmin olunub. Mərasimdə qeyd olunub ki, bu cür "ABŞ guşələri" Azərbaycanın 5 rayonunda da açılacaq. Onlar Azərbaycanın müxtəlif regionlarında açılmış 10 məlumat-resurs mərkəzlərilə yanaşı fəaliyyət göstərəcək. Əlavə 10 belə resurs mərkəzinin də açılması nəzərdə tutulub.

Daha sonra Kolin Qrafi Quba rayonuna gəlib və Qırmızı qəsəbə kəndində yəhudi icmalarının liderləri ilə görüşüb, fəaliyyət göstərən 2 sinaqoqa baş çəkib.

ABŞ səfiri Enn Dörsi öz növbəsində Xaçmaz rayonunun Molla Burxan kəndinə baş çəkib və İcmaların İnkişafı Proqramı çərçivəsində ABŞ hökuməti tərəfindən maliyyələşdirilən 3 layihənin açılış mərasimlərində iştirak edib.

Xəbər lenti

Xəbər lenti