...

Naxçıvan MR-də bugünədək 23 min 162 mənzil mavi yanacaqla təmin edilib

Siyasət Materials 5 Fevral 2007 16:12 (UTC +04:00)

Bugünədək Naxçıvan MR-də 23 162 mənzil mavi yanacaqla təmin edilib. Bu barədə Trend in Naxçıvan Bürosu "Naxçıvanqaz" MMC-nin məlumatına istinadən xəbər verir.

Məlumata görə mavi yanacaqdan istifadə edənlərin 12 min 76-sı Naxçıvan şəhərinin, 2229-u Culfa, 1605-i Şahbuz, 1139-u Ordubad, 1797-si Şərur, 1043-ü Kəngərli, 2846 Babək, 427-si isə Sədərək rayonunun payına düşür. Muxtar Respublikanın qazlaşdırılması başa çatdıqdan sonra regionda abonentlərin sayı 70 000-ə çatacacaq. Hazırda proses davam edir və görülən işlər isə 3 podratçı şirkət -"LAXAS SS", "Alıbəyli" Y MMC və "Rabitəinşaat" MMC həyata keçirir.

Ötən müddət ərzində isə Muxtar Respublikanın şəhər, qəsəbə və rayon mərkəzləri tamamilə qazlaşdırılıb. Bundan əlavə Culfanın 1, Şahbuz rayonunda 14, Ordubadın 1, Babək rayonunun 19, Şərur rayonunun 4, Kəngərli rayonunun 2, Sədərək rayonunun 1 kəndində proses başa çatıb. Qeyd olunan yaşayış mənlilləri də daxil olmaqla mavi yanacaqla təmin olunan butun mənlillərə pulsuz olaraq "Beko" markası qaz piltəsi verilib.

Bundan əlavə, "Naxçıvanqaz" MMC tərəfindən regionda 270 dövlət, qeyri-dövlət və sənaye müəssisələri, o cümlədən 18 qazanxana mavi yanacaqla təmin olunub.

Xəbər lenti

Xəbər lenti