...

Azərbaycan 2008-ci ildə Ümumdünya qiymətli kağızlar bazarının nizamlayıcılar birliyinin üzvü ola bilər

Siyasət Materials 5 Fevral 2007 16:27 (UTC +04:00)
Azərbaycan 2008-ci ildə Ümumdünya qiymətli kağızlar bazarının nizamlayıcılar birliyinin üzvü ola bilər

Azərbaycan prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsi Ümumdünya qiymətli kağızlar bazarının nizamlayıcılar birliyinin üzvlüyünə daxil olmaqla bağlı hazırlıq tədbirlərinə başlayıb. Bu barədə Trend ə bazar ertəsi DQKK-nin sədri Gündüz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bunun üçün Dövlət komitəsi strukturun qarşısına qoyulmuş bir sıra şərt və vəzifələri yerinə yetirməlidir.

G.Məmmədov ümid edir ki, Azərbaycan 2008-ci ildə birliyin üzvü ola bilər.

Ölkənin yerinə yetirməli olduğü əsas şərtlər arasında o, fond bazarının təşkili üzrə müəyyən prinsiplərin tətbiqini, qiymətli kağızlar bazarının nizamlanması üzrə normaların təkmilləşdirilməsini qeyd edib.

"Bu, həmçinin ölkədə fond bazarının və digər ümumi formaların inkişaf vəziyyətindən asılıdır", - deyə o bildirib.

G.Məmmədov qeyd edib ki, bundan başqa, Milli depozit mərkəzi Avropa depozit təşkilatının üzvlüyünə daxil olmaqla bağlı iş görür.

Xəbər lenti

Xəbər lenti