...

Parlamentin komissiya sədri: "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunması mümkün deyil"

Siyasət Materials 6 Fevral 2007 12:22 (UTC +04:00)
Parlamentin komissiya sədri: "Alternativ hərbi xidmət haqqında" qanunun qəbul olunması mümkün deyil"

"Azərbaycan torpaqlarının 20 faizi işğal altında olduğu bir dövrdə "Alternativ hərbi xidmət haqında" qanunun qəbul olunması mümkün deyil." Bu sözləri Trend ə açıqlamasında Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova deyib.

Komissiya sədri vurğulayıb ki, Azərbaycanın hər bir vətəndaşı hərbi xidmətdə olmalıdır.

"Qərb ölkələrində alternativ hərbi xidmətin müxtəlif modelləri var. Lakin bu modellərin Azərbaycanda tətbiq olunmasına ehtiyac yoxdur. Ölkəmizin Dağlıq Qarabağ kimi böyük və ciddi problemi olduğu bir dövrdə alternativ hərbi xidməti əsas götürüb hərbi mükəlləfiyyəti yerinə yetirməmək ən azı məsuliyyətsizlik olar", -deyə Rəbiyyət Aslanova əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avropa Şurasına daxil olarkən öz üzərinə "Alternativ hərbi xidmət haqqında" qanun qəbul etməklə bağlı öhdəlik götürüb. Lakin rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bu qanunun qəbul olunmasını və tətbiqini qeyri-mümkün sayır.

Xəbər lenti

Xəbər lenti