...

Prezidentin İcra Aparatının şöbə müdiri: Fevralın sonuna qədər Azərbaycan hökuməti AŞ PA-nın yaz sessiyasında müzakirə ediləcək hesabat layihəsinə münasbətini açıqlayacaq

Siyasət Materials 6 Fevral 2007 12:33 (UTC +04:00)
Prezidentin İcra Aparatının şöbə müdiri: Fevralın sonuna qədər Azərbaycan hökuməti AŞ PA-nın yaz sessiyasında müzakirə ediləcək hesabat layihəsinə münasbətini açıqlayacaq

Fevralın sonuna qədər Azərbaycan hökuməti aprel ayında AŞ PA-nın yaz sessiyasında müzakirə ediləcək hesabat layihəsinə münasbətini açıqlayacaq. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

AŞ PA həmməruzəçiləri Toli Lloyd və Andres Herkel tərəfindən hazırlanan həmin hesabatda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi əks olunacaq.

Ə.Həsənov qeyd edib ki, bu məsələ həmçinin Azəprbaycan Prezidenti İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin keçən həftə Bakıda olan Avropa Şurasının siyasi məsələlər üzrə baş direktoru Jan-Lui Loranla görüşündə də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti