...

YAP Gənclər Birliyinin üzvləri beynəlxalq konfransda iştirak ediblər

Siyasət Materials 6 Fevral 2007 12:38 (UTC +04:00)

Ukrayna Regionlar Partiyası Gənclər Təşkilatının dəvəti ilə Ukraynanın Karpat vilayətində keçirilən beynəlxalq konfransda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Zauf Adıgözəlov və YAP Gənclər Birliyi beynəlxalq şöbəsinin müdiri Ramin Məmmədov iştirak ediblər.

YAP mətbuat xidmətindən Trend ə verilən məlumata görə, hakim partiyanın Gənclər Birliyinin sədr müavini Zaur Adıgözəlov konfransda YAP Gənclər Birliyinin həyata keçirdiyi tədbirlər, o cümlədən, beynəlxalq əlaqələr sahəsində nəzərdə tutulan layihələrlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb. O, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinin YAP sədri, ölkə prezidenti İlham Əliyevin regionda və beynəlxalq aləmdə apardığı praqmatik siyasətin tərkib hissəsi olduğunu bildirib.

Konfransda Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinə aid hazırladığı materiallar paylanılıb. YAP Gənclər Birliyinin nümayəndələri Ukrayna, Rusiya, Belorus, Moldovanın hakim partiyalarının Gənclər Birliklərinin rəhbərləri ilə əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.

YAP Gənclər Birliyinin nümayəndələri Ukraynanın Lvov şəhərində fəaliyyət gçstərən Azərbaycan cəmiyyətinin nümayəndələri və Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşüblər.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti